Landşaft dizayn
Landşaft dizayn ərazinin abadlaşdırılması üçün təbiət komponentlərindən istifadə olunaraq tətbiq olunan xüsusi tədbirlər və həll yolları toplusudur. Məkanınızın həyətyanı, bağ, bağça hissəsində çatışmamazlığı aradan qaldırıb, özünə uyğun şəkildə dizayn edilib, rahat, dincələ biləcəyiniz, zövqlü bir landşaft tərtib edilməsi üçün dizayn növüdür.
Landşaftın düzgün seçimi təkcə tərtib ediləcək xarici görkəmin gözəlliyi ilə deyil, eyni zamanda burada əhatə olunan bitkilərə də rahat şəkildə qulluq edilməsi hallarının nəzərə alınmasıdır. Müasir landşaft dizayn işləri sizin fantaziyalarınız qarşısında heç bir məhdudiyyət qoymur.